"Güclü Ermənistan" blokundan altı deputatlığa namizəd saxlanılıb.
Reyting.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsindən bildiriblər.
Məlumata görə, İstintaq Komitəsinin Xüsusi Əhəmiyyətli İşlərin İstintaqı Baş İdarəsinin Ümumi Cinayətlər və Seçki Hüquqpozmalarının İstintaqı Departamenti çox sayda şəxsin rüşvət alması, eləcə də xüsusilə külli miqdarda çirkli pulların yuyulması hallarını araşdırır.
"Güclü Ermənistan" blokundan altı deputatlığa namizədə qarşı ER Cinayət Məcəlləsinin 46-236-cı maddəsinin 2-ci hissəsi və 296-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə ictimai cinayət işi başlanıb.
Müstəntiq onların saxlanılması barədə qərar çıxarıb və icrası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına həvalə edilib.
Cinayət işi üzrə ibtidai istintaq davam edir.
Qeyd edək ki, dünən Ermənistanda parlament seçkiləri keçirilib.
V. Quliyev