Advert
Advert

Estoniyada həbsxana icarəyə veriləcək

Tarix:
Estoniyada həbsxana icarəyə veriləcək
Reklam

Estoniya parlamenti həbsxana sahələrinin xarici ölkələrə icarəyə verilməsinə icazə verən qanun layihəsini təsdiqləyib.
 
Reyting.az xəbər verir ki, bu barədə ERR televiziya və radio şirkəti məlumat yayıb. 

Təşəbbüsü parlamentin 52 üzvü dəstəkləyib, 35-i isə əleyhinə səs verib. 

İzahat qeydinə görə, layihənin məqsədi digər ölkələrin məhkəmələri tərəfindən təyin edilmiş cəzaların icrası imkanını yaratmaqdır. Hakimiyyət orqanları ümid edir ki, bu, Tartu həbsxanasının nəzərdə tutulan istifadəsini qoruyub saxlayacaq və işçilərin məşğulluğunu təmin edəcək.

Bundan əlavə, qanun layihəsi boş həbsxanaların xərclərini azaltmağı və dövlət maliyyəsinin dayanıqlılığını gücləndirməyi hədəfləyir.

V. Quliyev
 

Reklam