"Euclid" kosmik teleskopu "Süd Yolu" adlanan qalaktikanın mərkəzində indiyə qədər əldə olunmuş ən böyük və ən detallı görüntüsünü çəkib. Yeni fotoda təxminən 60 milyon ulduz əks olunub.
Reyting.az "France-Presse" agentliyinə istinadla bildirir ki, yeni görüntü alimlərə "Solar System" kənarında ekzoplanetlərin axtarışı və öyrənilməsinə kömək edəcək.
Qeyd olunur ki, teleskop 2025-ci ilin martında 26 saatlıq müşahidə nəticəsində aydın çəkilən doqquz kadrdan ibarət mozaika hazırlayıb.
Mütəxəssislərin sözlərinə görə, Avropa Kosmik Agentliyi tərəfindən 2023-cü ildə orbitə buraxılmış "Euclid" kosmik teleskopun ən əsas missiyası kainatda qaranlıq maddə və enerjinin sirlərini araşdırmaqdır.
Oqtay Qorçu