Fransanın paytaxtı Paris şəhərində müşahidə olunan güclü istilər nəticəsində Eyfel qülləsi 10 santimetr uzanıb.
Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, fransalı memar Bertran Lemuan qüllənin hündürlüyünün artdığını təsdiq edib.
Memar deyib ki, bir zamanlar Eyfel qülləsinin tikintisində istifadə olunan pudlinq dəmiri xüsusiyyətinə görə yüksək temperaturun təsiri ilə genişlənir, havalar soyuduqda isə yenidən əvvəlki kimi öz ölçüsünə qayıdır. B. Lemuan qeyd edib ki, bu dəyişiklik insan gözü ilə baxdıqda qətiyyən hiss olunmur.
Xatırladaq ki, Avropada son vaxtlar davam edən anomal istilər nəticəsində bir çox ölkələrdə havanın temperaturu 40 dərəcəni keçib.
Oqtay Qorçu