ABŞ dövlət katibi Marko Rubionun Konqresdə İsraili dəstəklədiyi barədə sözləri ona qarşı etirazlara səbəb olub və çıxışı iki dəfə kəsilib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın İsraillə əməkdaşlığına etiraz edən fəallar bir müddət şüarlar səsləndirdikdən sonra Rubionun Nümayəndələr Palatasının Təxsisat Komitəsi qarşısında çıxış etdiyi palatadan çıxarılıblar.
Rubio komitədə açılış nitqinə başladıqdan dərhal sonra bir neçə fəal palataya daxil olaraq etiraz aksiyası keçirib.
Etirazçılardan birinin “İsraili dəstəkləməyin. Fələstinlilər hələ də soyqırıma məruz qalır. İndi Livanda qırğınlar törədirlər!”- qışqırması eşidilib.
E. Kamal