"Ermənistan Laçın və Kəlbəcər rayonlarını keçmiş Dağlıq Qarabağla birlikdə ilhaq etmək niyyətində idi".
Reyting.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı sessiyada deyib.
O bildirib ki, Ermənistan bu ərazilərdən həm hərbi, həm də digər logistik məqsədlər üçün istifadə edirdi:
"Nəticədə Ermənistan bu iki rayonu ayrıca seçərək onları işğal altında saxlamaq planı üzrə hərəkət edirdi. Ermənistan vasitəçilərin dəstəyi ilə keçmiş Dağlıq Qarabağ muxtariyyətinin hüdudlarından kənarda işğal olunmuş rayonların qaytarılması ilə bağlı danışıqlarda "5+2" formulunu təklif etmişdi. Əslində isə Ermənistan Laçın və Kəlbəcəri daimi nəzarət altında saxlamaq və keçmiş Dağlıq Qarabağla birlikdə Ermənistana birləşdirmək niyyətində idi".