Advert
Advert

Faydalı qazıntı ehtiyatlarına görə hansı ölkələr liderdir?

Tarix:
Faydalı qazıntı ehtiyatlarına görə hansı ölkələr liderdir?
Reklam

Dünyada strateji faydalı qazıntı ehtiyatlarına görə lider olan ölkələrin adları açıqlanıb.

Reyting.az-ın məlumatına görə, ABŞ Geoloji Xidmətinin 2026-cı il üçün təqdim etdiyi hesabatda qeyd olunub ki, dünyada 18 əsas faydalı qazıntının ən böyük ehtiyatları məhdud sayda ölkələrdə cəmləşib. Bu isə qlobal tədarük zəncirlərində riskləri artırır, eyni zamanda həmin dövlətlərin geosiyasi təsirini gücləndirir.

Avstraliya bu sahədə beş əsas faydalı qazıntı üzrə dünya lideridir. Ölkə dəmir filizi ehtiyatlarının 31 faizinə, uran ehtiyatlarının isə 28 faizinə sahibdir.

Çin isə nadir torpaq elementləri və qrafit ehtiyatlarında ilk sırada yer alır. Bu resurslar elektromobil istehsalı, yarımkeçiricilər və müdafiə sənayesi üçün strateji əhəmiyyət daşıyır.

Hesabata əsasən, Cənubi Afrika Respublikası platin qrupu metallarının 83 faizinə, Mərakeş fosforit ehtiyatlarının 69 faizinə, Konqo isə kobalt ehtiyatlarının 50 faizinə sahibdir. İndoneziya isə dünya nikel ehtiyatlarının 44 faizini nəzarətdə saxlayır.

Mütəxəssislərin fikrincə, enerji keçidi və yüksək texnologiyalara tələbat artdıqca, strateji faydalı qazıntılar üzərində nəzarət ölkələrin iqtisadi və siyasi təsirini daha da gücləndirəcək.

Oqtay Qorçu
 

Reklam