Kazan şəhərində keçiriləcək Rusiya-ASEAN sammitində aktual qlobal və regional problemlərə dair fikir mübadiləsi aparılacaq, eləcə də Kazan Bəyannaməsi və 2026-2030-cu illər üçün Hərtərəfli Fəaliyyət Planı imzalanacaq.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama yayıb.
Uşakov qeyd edib ki, sammitdə artıq prinsipcə razılaşdırılmış dörd sənədin qəbulu gözlənilir: Kazan Bəyannaməsi (siyasi bəyannamə), 2026–2030-cu illər üçün Hərtərəfli Fəaliyyət Planı, enerji və mədəniyyət üzrə birgə bəyanatlar.
Daha sonra Y. Uşakov deyib: “Rusiya Prezidenti Vladimir Putin bu gün Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək”.
Y. Qacar