FIFA-nın DÇ-2026 oyunlarında məcburi su fasilələri tətbiq etməsi futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Reyting.az-ın məlumatına görə, FIFA prezidenti Canni İnfantino bildirib ki, Şimali Amerikada müşahidə olunan yüksək temperatur səbəbindən bütün matçların 22-ci və 67-ci dəqiqələrində su fasilələri veriləcək. Bu qərar bəzi məşqçilər və futbolçular tərəfindən tənqid olunsa da, FIFA bunun yalnız oyunçuların sağlamlığını qorumaq məqsədi daşıdığını açıqlayıb.
DÇ-2026 ilə bağlı digər maraqlı yenilik bilet satışları sahəsində tətbiq edilən dəyişiklikdir. FIFA rəhbərliyi dünya çempionatının biletləri üçün "dinamik qiymətləndirmə" sistemini tətbiq edib. Bu sistemə əsasən, tələbat artdıqca biletlərin qiyməti də yüksəlir.
Məlumata görə, turnirin ilk günlərində stadionların doluluq səviyyəsi 99 faizdən çox olub. Bu göstərici təşkilatçılar tərəfindən böyük uğur kimi qiymətləndirilir.
Qeyd edək ki, DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. Turnirə ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edir. Final qarşılaşmasının isə iyulun 19-da Nyu-York/Nyu-Cersi bölgəsində keçirilməsi nəzərdə tutulur.
V. Quliyev