Advert
Advert

Film layihələri üzrə müsabiqəyə qəbul başlayıb

Tarix:
 Film layihələri üzrə müsabiqəyə qəbul başlayıb
Reklam

2026-cı il üzrə "Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi"nə layihələrin qəbulu başlayıb.

Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Kino Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və müvafiq sahədə özəl sektorun dəstəklənməsi, bu sferada fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.

Müraciətlərin qəbulu üçün son tarix 15 iyul 2026-cı ildir.

Reqlamentlə ARKA-nın rəsmi saytında tanış olmaq mümkündür.

Reklam