"Starlink" peykləri, süni intellekt sahəsində ABŞ-ın üstünlüyü Avropa üçün böyük risk yaradır.
Reyting.az xəbər verir ki, bunu "Bouygues" şirkətinin baş direktoru Olivier Russo "CNBC" nəşrinə müsahibəsində bildirib.
Tanınmış iş adamı deyib ki, Avropa Amerikanın infrastrukturundan həddindən artıq asılı olduğunu, eləcə də bu təhlükənin ciddiliyini hələ də tam dərk etmir.
Fransalı biznesmenin sözlərinə görə, Avropa qitəsi peyk rabitəsi, süni intellekt sahəsində daha müstəqil strategiya qurmalıdır.
Russo daha sonra qeyd edib ki, amerikalı milyarder İlon Maska məxsus olan "SpaceX" şirkətinin idarə etdiyi "Starlink"in Avropada dominant mövqeyi qitəni həssas vəziyyətə sala bilər.
Şirkət rəhbərinin fikrincə, ABŞ-ın qeyri-dövlət şirkətləri hər hansı bir vəziyyətdə Avropa məkanında rabitəni dayandırmaq imkanına malik ola biləcəklər.
Fransa şirkəti olan "Bouygues" hazırda bu ölkənin telekommunikasiya bazarındakı konsolidasiya prosesinə rəhbərlik edir. Bu şirkət hətta bir müddət əvvəl ölkədə fəaliyyət göstərən SFR operatorunun əsas payını almaq məqsədilə 20,35 milyard avro dəyərində təklif irəli sürüb.
Məlumata görə, bu müqavilə təsdiqlənərsə, Fransada mobil operatorların sayı dörddən üçə enməklə, böyük "Bouygues" şirkətinin nəzarətinə keçəcək.
Oqtay Qorçu