Advert
Advert

Fransada istilər: məktəblər və Eyfel qülləsi fəaliyyətini erkən dayandırıb

Tarix:
Fransada istilər: məktəblər və Eyfel qülləsi fəaliyyətini erkən dayandırıb
Reklam

Avropada güclü istilər davam edir. Bir neçə gündür rekord həddə çatan isti hava ilə üzləşən Fransada orta temperatur 29,8 dərəcə Selsiyə yüksələrək ölkə tarixinin ən isti günlərindən biri kimi qeydə alınıb.

Reyting.az xəbər verir ki, Fransa Meteorologiya Agentliyinin məlumatına görə, iyunun 22-dən 23-nə keçən gecə ölkə tarixində ən isti gecə olub. Həmin gecə üzrə orta temperatur 21,6 dərəcə Selsi təşkil edib.

Bildirilir ki, bir çox bölgədə hava ilə bağlı xəbərdarlıq səviyyəsi narıncı və qırmızı həddə qaldırılıb. Sinoptiklərin proqnozuna görə, anomal istilər iyunun 25-dək davam edəcək.

Fransanın milli təhsil naziri parlamentdə çıxışı zamanı isti hava şəraitinin təhsil sisteminə təsirindən danışıb. Onun sözlərinə görə, ölkə üzrə təxminən 1800 məktəb fəaliyyətini müvəqqəti dayandırıb, 8 minə yaxın məktəb isə dərs saatlarında dəyişiklik edib.

Bundan başqa, Parisin simvollarından biri və məşhur turizm məkanı olan Eyfel qülləsi də güclü istilər səbəbindən bu gün ziyarətçilər üçün vaxtından əvvəl bağlanıb.

Qüllənin qarşısında yerləşdirilən məlumat lövhəsində bildirilib ki, həddindən artıq isti hava şəraiti nəzərə alınaraq, tikili yerli vaxtla saat 16:00-da ziyarətçilərin üzünə bağlanıb.

V. Quliyev
 

Reklam