İtaliya Futbol Federasiyasının Prezidenti Qabriele Qravina istefa verib.
Reyting.az xəbər verir ki, məşhur insayder Fabritsio Romano bu barədə sosial media hesabında yazıb.
Martın 31-də İtaliya millisi dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oyununda Bosniya və Herseqovinaya məğlub olub (1:1, penaltilərdə 1:4). İtaliya yığmasının ardıcıl 3 mundialda işitak edə bilməməsi səbəbindən federasiya rəhbəri vəzifəsindən gedib.
Xatırladaq ki, 72 yaşlı Qravina 2018-ci ildən İtaliya Futbol Federasiyasının Prezidenti vəzifəsində çalışırdı.