"Sportinq" komandası heyətinə yeni oyunçu cəlb edib.
Reyting.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Lissabon təmsilçisi "Venetsiya"dan İssa Dumbiyanı transfer edib.
Portuqaliya klubu 22 yaşlı yarımmüdafiəçi üçün 20,5 milyon avro ödəyib və İtaliya U-21 millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İssa Dumbiya başa çatan mövsümdə "Venetsiya"nın heyətində keçirdiyi 38 oyunda 10 qol vurub, 6 qol ötürməsi edib.
V. Quliyev