Advert
Advert

Gələn həftə ABŞ və İran arasında birbaşa danışıqlar başlaya bilər

Tarix:
 Gələn həftə ABŞ və İran arasında birbaşa danışıqlar başlaya bilər
Reklam

Gələn həftə İsveçrədə ABŞ və İranın yüksək vəzifəli rəsmiləri arasında birbaşa görüş keçirilə bilər.

Reyting.az xəbər verir ki, bu barədə Fransanın BFMTV televiziya kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Pakistanın xarici işlər naziri danışıqlara hazırlıq məqsədilə yaxın günlərdə İsveçrəyə səfər edəcək. İslamabad bir neçə həftədir ki, Vaşinqton və Tehran arasında əsas vasitəçi rolunu oynayır.

BFMTV-nin məlumatı ABŞ Prezidenti Donald Trampın İranla razılaşmanın bazar günü imzalana biləcəyi barədə açıqlamaları fonunda yayılıb. Lakin İran tərəfi bu müddəti təsdiqləməyib. Tehran bəyan edib ki, tərəflər həqiqətən də razılığa gəlməyə yaxındırlar və sülh sazişinin əsas parametrləri üzrə yaxın günlərdə, lakin növbəti 24 saat ərzində deyil, razılıq əldə oluna bilər.

E. Kamal
 

Reklam