Gəncədə qadın bıçaqlanıb.
Reyting.az xəbər verir ki, hadisə Məhsəti qəsəbəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Səma Hətəmli boyun nahiyəsindən xəsarətlərlə xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni onun ərinin törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı araşdırma başlanılıb/qafqazinfo