Gəncə-Daşkəsən yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Reyting.az "Report"a istinadla bildirir ki, hadisə yolun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.
"Niva" və "Hundai Sonata" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Ariz Məmmədzadə və 1960-cı il təvəllüdlü Eldar Əliyev müxtəlif xəsarətlər alıblar. Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.
