Cəlilabad rayonunda 18 yaşlı gənc suda boğulub.
Reyting.az “Teleqraf”a istinadla bildirir ki, hadisə Privolnye kəndində qeydə alınıb. Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu qardaşları ilə birlikdə kənddəki kiçik su hövzəsində çimərkən ehtiyatsızlıq nəticəsində suda boğulub.
Mərhumun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.