“Böyük Yeddilik” (G7) ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmaq niyyətindədirlər.
Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Fransada keçirilən G7 sammitində geosiyasi məsələlərlə bağlı verilən birgə bəyanatda qeyd olunub ki, ölkələr Rusiyaya qarşı, o cümlədən onun neft-qaz sektoruna qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırırlar.
Sənəddə deyilir: “Biz Rusiyanın hərbi iqtisadiyyatına təzyiqi artırmağa borcluyuq. Bu kontekstdə sanksiyaları, o cümlədən neft-qaz sektoruna qarşı sərtləşdirəcəyik”.
Y. Qacar