Advert
Advert

General: Trampın bir zəngi İrandakı yüzlərlə hədəfə zərbəni dayandırdı

Tarix:
General: Trampın bir zəngi İrandakı yüzlərlə hədəfə zərbəni dayandırdı
Reklam

İsrail və İran arasında son qarşıdurmalar zamanı İrana qarşı planlaşdırılmış genişmiqyaslı hava əməliyyatlarından biri son anda ləğv edilib.

Reyting.az xəbər verir ki, bunu İsrail Hərbi Hava Qüvvələrinin general-mayoru Ömər Tişler bildirib.

Generalın sözlərinə görə, iyunun 8-də günorta saatlarından etibarən İsrail Hərbi Hava Qüvvələri İranda yüzlərlə hədəfi əhatə edən genişmiqyaslı hücum əməliyyatına tam hazır vəziyyətdə olub.

“Lakin hücumun həyata keçirilməsi uçuşdan cəmi bir saat əvvəl, eskadrilyalara son brifinqlər verilən zaman dayandırıldı”, - deyə Tişler bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Baş nazir Benyamin Netanyahuya İsrail və İran arasında gərginliyin daha da artmasına yol verməməyi tövsiyə etməsindən sonra əməliyyat Netanyahu tərəfindən ləğv olunub.

Xatırladaq ki, iyunun 8-də Donald Tramp İsrailin “12-ci Kanal” televiziya kanalına müsahibəsində Benyamin Netanyahu ilə İranla qarşılıqlı hücumlar barədə telefon danışığından bəhs etmişdi.

Netanyahudan İranın raket hücumlarına cavab olaraq genişmiqyaslı zərbələr endirməməsini xahiş etdiyini bildirən Tramp demişdi:

“Mən Bibiyə dedim ki, atacağı addımlara çox diqqətlə yanaşmalıdır. Əks halda, çox qısa müddətdə İrana qarşı tək qala bilər”.

ABŞ Prezidenti əlavə edib ki, İsrailin İrana planlaşdırdığı hücumlar barədə ona son anda məlumat verilsə də, buna baxmayaraq əməliyyatın miqyasının məhdudlaşdırılmasına nail olub.

V. Quliyev
 

Reklam