Advert
Advert

Genişmiqyaslı münaqişə təhlükəsi artır

ABŞ və İran arasında artan gərginlik Yaxın Şərqdə daha genişmiqyaslı münaqişə təhlükəsi yaradıb. Vaşinqton və Təl-Əvivin hərbi hazırlıqlarını sürətləndirməsi, Tehranın sərt açıqlamaları və regional aktorların prosesə qoşulmaları böhranın qlobal miqyas ala biləcəyini göstərir.

Tarix:
Genişmiqyaslı münaqişə təhlükəsi artır
Reklam

Reyting.az xəbər verir ki, ABŞ İranın mühasirəsini davam etdirir. ABŞ hərbi-siyasi rəhbərliyinin İran ətrafına cəmləşdirdiyi qüvvələr arasında nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmi - “USS Abraham Lincoln” təcili olaraq Sakit okeandan Yaxın Şərqə köçürülərək Oman körfəzindən keçib. Gəminin İrandan təxminən 780 kilometr aralıda, Oman sahillərində “döyüş mövqeyi” tutduğu iddia edilir.

Zərbə qrupuna “F/A-18E” Super Hornets və “F-35C” Lightning II də daxil olmaqla, ümumilikdə 48 qırıcı təyyarə daxildir.

“USS Abraham Lincoln”u altı “Arleigh Burke” sinifli idarə olunan raket esminesi müşayiət edir. Hər gəmidə ümumilikdə 300-dən çox “Tamaqavk” qanadlı raketi daşıya bilən 96 şaquli buraxılış qurğusu var.

Bundan əlavə, Quamdan yola düşdüyü bildirilən Ohayo sinifli nüvə sualtı qayığı da bölgəyə çatarsa, ümumi raket tutumu 500-ə yaxınlaşa bilər.

ABŞ həmçinin İspaniyadakı Moron və Rota bazalarına “KC-135” yanacaqdoldurma təyyarələri yerləşdirib. Bu addım “B-2 Spirit” gizli bombardmançı təyyarələrin yenidən aktivləşdirilməsi kimi şərh olunur.

Gərginlik yalnız ABŞ ilə məhdudlaşmır. Böyük Britaniya Qətərə və Səudiyyə Ərəbistanına “Typhoon” qırıcı təyyarələri göndərib, İordaniyaya yerləşdirilən “F-15E” Strike Eagles təyyarələrinin sayı isə 36-ya çatıb.

Qeyd olunur ki, ABŞ hərbi nəqliyyat təyyarələri yanvar ayının ortalarından Yaxın Şərqə ən azı 44 ağır yük uçuşu edib.

E. KAMAL

Reklam