Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Məlumata görə, hadisə rayonun Səmədabad kəndinin ərazisində qeydə alınıb.
"VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Onlar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Hadisənin səbəbləri araşdırılır/report.