Advert
Advert

Gözəllik kraliçasının və sevgilisinin müəmmalı ölümü araşdırılır

Tarix:
 Gözəllik kraliçasının və sevgilisinin müəmmalı ölümü araşdırılır
Reklam

Braziliya polisi "Miss Cosmo Brazil" gözəllik müsabiqəsinin iştirakçısı və onun sevgilisinin müəmmalı ölümünü araşdırır.

Reyting.az xəbər verir ki, "East Bay Times" qəzetinin yazdığına görə, 29 yaşlı Ana Luisa Mateus Rio-de-Janeyrodakı evinin pəncərələrinin altında huşsuz vəziyyətdə tapılıb. Həkimlər onun hündürlükdən yıxıldıqdan sonra ağır xəsarətlər aldığını müəyyən ediblər. 

Mateusun sevgilisi Endreo Kunya həbs edilib. Müstəntiqlər onun sevgilisini 13-cü mərtəbədən atdığı qənaətinə gəliblər.

Kunya qısa müddət sonra həbsxanada dünyasını dəyişib. Hakimiyyət orqanları onun intihar etdiyindən şübhələnsə də, istintaq hələ də davam edir. 

Hakimiyyət orqanları işin təfərrüatlarını, o cümlədən Kunya ilə Mateusun yıxılmasından əvvəl aralarında baş verənlər barədə məlumatları açıqlamaqdan imtina edirlər. Lakin bir neçə şahid yerli mediaya bildirib ki, gözəllik kraliçası bir gün əvvəl sevgilisi ilə mübahisə edib.

V.Quliyev
 

Reklam