2026-cı ilin ən çox gözlənilən video oyunlarından biri olan "GTA VI"-nın standart versiyasını almaq üçün Avropa ölkələri sakinlərinin orta hesabla neçə saat işləməli olduğu hesablanıb.
Reyting.az xəbər verir ki, oyunun standart versiyasının Avropada satış qiyməti 79,99 avrodur.
Hesablamalar göstərir ki, bu oyunu almaq üçün ən az işləməli olanlar Lüksemburq sakinləridir. Onlar orta hesabla cəmi 1,61 saat çalışmaqla oyunu əldə edə bilərlər.
Digər ölkələrdə isə bu göstərici daha yüksəkdir. Portuqaliyada "GTA VI" almaq üçün orta hesabla 5,13 saat, Latviyada isə 6,2 saat işləmək tələb olunur.
Rusiyanın hərbi təcavüzü nəticəsində hələ də müharibə şəraitində yaşayan Ukraynada isə oyunun standart versiyasının qiyməti 3 499 qrivna təşkil edir. Bu isə o deməkdir ki, orta statistik Ukrayna vətəndaşı "GTA VI"nı almaq üçün təxminən 31,1 saat işləməlidir.
Rusiyada oyunun rəsmi satışı nəzərdə tutulmasa da, aparılan hesablamalara əsasən, "GTA VI"nın əldə edilməsi üçün orta hesabla 16,2 saat işləmək tələb olunur.

Oqtay Qorçu