Advert
Advert

Güclü kiberhücumlar gözlənilir

Tarix:
Güclü kiberhücumlar gözlənilir
Reklam

Qərbin beş aparıcı kəşfiyyat qurumu yaxın aylarda ciddi kibertəhlükələr yarada bilən xüsusi proqramlaşdırılmış süni intellekt modellərinin meydana çıxacağı ilə bağlı xəbərdarlıq edib.

Reyting.az-ın xəbərinə görə, "Beş Göz" (Five Eyes) alyansının bəyanatında bildirilir ki, ilk baxışdan normal və etibarlı təsir bağışlayan bu modellər kibermüdafiəni gücləndirsə də, əslində kibercinayətlərin sürətini, miqyasını və hədəfliliyini artırmaq potensialına malikdir.

Kəşfiyyat qurumları xüsusi vurğulayıblar ki, sözügedən təhlükə artıq yalnız texniki məsələ deyil, biznes və idarəetmə səviyyəsində əsas risklərdən biri kimi qiymətləndirilməlidir. Bildirilir ki, söhbət illərlə deyil, aylarla ölçülən zaman kəsiyindən gedir.

Qeyd olunur ki, ABŞ hökuməti iyun ayının əvvəlində məsələ ilə bağlı yerli "Anthropic" şirkətinə ciddi xəbərdarlıq edib. Məlumata görə, aparılan müzakirələrdən sonra ABŞ hökuməti şirkətin ən güclü süni intellekt modelləri hesab olunan "Fable 5" və "Mythos 5" sistemlərinə xarici istifadəçilərin çıxışının tam məhdudlaşdırılmasını tələb edib. Şirkət əvvəlcə bu qərarla razılaşmasa da, sonradan hökumətin tələbini yerinə yetirməli olub.

"Beş Göz" alyansının iddialarına görə, əsasən adıçəkilən süni intellekt modelləri ABŞ ərazisindən istifadə olunmaqla kibertəhlükələr yarada bilər.

Oqtay Qorçu
 

Reklam