Göygöl rayonunda güclü yağışdan sonra gələn sel sulları fəsadlara səbəb olub.
Reyting.az APA-ya istindal bildirir ki, rayonun Aşıqlı kəndində bir neçə evə sel suları dolub.
Həmçinin Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayonun Aşıqlı kəndində keçən hissəsində yağışdan sonra evin hasarı uşub. Nəticədə avtomobil yolunda hərəkətdə çətinliklər yaranıb.
Bundan başqa, avtomobil yolunun üzərində yerləşən irigövdəli ağaclar yolunun hərəkət hissəsinə aşıb.
Hazırda əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib.
Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.