Advert
Advert

Günəş panelləri vasitəsilə nəhəng at təsviri yaradıblar

Tarix:
Günəş panelləri vasitəsilə nəhəng at təsviri yaradıblar
Reklam

Çində günəş panellərindən istifadə etməklə nəhəng qaçan at təsviri yaradılıb. Çinin Daxili Monqolustan Muxtar Rayonunda yerləşən Kubuki səhrasında qurulan və təxminən bir şəhər böyüklüyündə olan bu təsvir kosmik peyklər tərəfindən görüntülənib.

Reyting.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, qeyri-adi layihə günəş panellərindən istifadə olunaraq yaradılmış dünyanın ən böyük təsviri kimi rəsmi rekord qeydə alıb və Ginnesin Rekordlar Kitabına daxil edilib.

Layihə Çinin həyata keçirməyi planlaşdırdığı 400 kilometrlik “Böyük Günəş Divarı” enerji dəhlizinin bir hissəsi hesab olunur. Alimlər bildiriblər ki, hazırda kosmosdan aydın görünən bu nəhəng enerji kompleksi yaxın gələcəkdə Pekin-Tyanjin-Hebey regionunu ildə 40 milyard kilovat-saat təmiz enerji ilə təmin etməyi hədəfləyir.

Nəhəng at fiqurunun yerləşdiyi “Junma Solar Power Station” günəş elektrik stansiyası ildə 2 milyard kilovat-saat elektrik enerjisi istehsal edir. Layihə Çinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və iqlim hədəflərinə çatması istiqamətində həyata keçirilən ən böyük təşəbbüslərdən biri hesab olunur.

Oqtay Qorçu
 

Reklam