Advert
Advert

Gürcüstanın daxili işlər naziri Ermənistana gedib

Tarix:
Gürcüstanın daxili işlər naziri Ermənistana gedib
Reklam

Gürcüstan daxili işlər naziri Sulxan Tamazaşvili Ermənistana ilk rəsmi səfərinə yola düşüb.

Reyting.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada qeyd edilib ki, Sulxan Tamazaşvili Ermənistan daxili işlər naziri Arpine Sarkisyanla görüşcək və nümayəndə heyəti ilə birlikdə Ermənistan Respublikasının polis bölmələrinə baş çəkəcək, onların fəaliyyəti ilə birbaşa tanış olacaq.

İrəvana rəsmi səfəri zamanı Tamazaşvilinin Ermənistanın Baş naziri Nikol Paşinyan və Milli Təhlükəsizlik Xidmətinin rəisi Andranik Simonyanla da görüşməsi planlaşdırılır.

Qeyd edək ki, Tamazaşvili bu ilin aprel ayında Gürcüstan DİN-nin rəhbəri postuna gətirilib. 

V. Quliyev
 

Reklam