Advert
Advert

Hərbçilər İranda hakimiyyəti ələ keçiriblər

Tarix:
Hərbçilər İranda hakimiyyəti ələ keçiriblər
Reklam

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İranda hakimiyyəti ələ keçirib.

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, İsrail və ABŞ-la müharibə, uzun sürən böhran və İslam Respublikasının yeni Ali Lideri Müctəba Xamnəinin meydana çıxmasına baxmayaraq, ölkədə İİKK komandirlərinin hakim olduğu fərqli bir nizam qurulub.

Agentlik daxili müzakirələrlə tanış olan üç nəfərə istinadla xəbər verir ki, M. Xamnəi sistemin başında qalsa da, o, öz direktivlərini vermək əvəzinə, İİKK generallarının qərarlarını qanuniləşdirməklə məşğuldur.

E. Kamal

Reklam