Advert
Advert

Hərbi büdcə kəsiri olmayan ölkələr...-Siyahı

Tarix:
Hərbi büdcə kəsiri olmayan ölkələr...-Siyahı
Reklam

2025-ci il üçün qlobal hərbi xərclərin həcmi ümumilikdə 2,9 trilyon dollara yaxın olub. Bu il təqdim edilən ötən ilin statistikasına görə, xüsusilə də üç dövlət - ABŞ, Rusiya, Çin dünya miqyasında hərbi xərclərin yarıdan çoxunu təmin edib. 

Reyting.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları ən böyük hərbi büdcəsi ilə liderliyini ötən ildən qoruyur. 

Siyahıda ancaq hərbi büdcə kəsiri olmayan ölkələrin adları yer alıb. 

Lider ölkələrin siyahısında olan Çin isə 336 milyard dollarlıq hərbi büdcə ilə infoqrafika reytinqində ikinci yerdədir. Bu ölkənin müdafiə xərclərində son 20 ildə davamlı artım müşahidə olunub.

Ən çox hərbi büdcəyə malik olan ölkələrin sırasında Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Ukrayna, İtaliya ilə yanaşı Polşa və İspaniya da yer alıb.

Statistika ilə bağlı məlumatları analiz edən mütəxəssislər vurğulayıblar ki, Asiya-Sakit okean regionundakı Hindistan, Yaponiya və Cənubi Koreya, Avstraliya, Tayvan ilə Sinqapur kimi ölkələrin son illər müdafiə büdcələrini artırmaları da bu bölgədə hərbi sahədə rəqabətin güclənməsini göstərir. 

Məlumata görə, bu ölkələr sırasında xüsusi seçilən Hindistanın hərbi xərcləri təxminən 92 milyard dolları ötüb ki, bu da onun dünya liderləri arasında beşinci yerə yüksəlməsinə səbəb olub. Yaponiya isə öz hərbi xərclərinə 62 milyard dollardan çox vəsait ayırmaqla, genişmiqyaslı hərbi güclənmə proqramını böyük uğurla davam etdirməklə, İkinci Dünya Müharibəsindən sonra ölkə səviyyəsində yüksək göstəricilər əldə edib.

Oqtay Qorçu


 

Reklam