“May ayında Rusiyanın Ukraynaya hücum kampaniyasının nəticələri sıfır olub. Hücumun yay mərhələsi praktik olaraq mövcud deyildi”.
Reyting.az xəbər verir ki, bunu hərbi ekspert Denis Popoviç Rusiyanın Ukraynaya yay hücumundan danışarkən deyib.
Ekspert qeyd edib ki, 2023-cü ildə başlayan hücumun yay mərhələsi faktiki olaraq səngiyib: “May ayında onların hücum hərəkətlərinin nəticələrini qiymətləndirsək, görərik ki, praktik olaraq sıfır həddindədirlər”.
Popoviçin fikrincə, rusların ötən ay 14 kvadrat kilometr ərazini ələ keçirməsi demək olar ki, heç nəyi ifadə etmir. Ekspert hesab edir ki, ruslar may ayında olduğu kimi, yeni hücumlara cəhd göstərəcəklər. Buraya Donetsk bölgəsində irəliləmək cəhdləri, eləcə də Zaporojye bölgəsində hücumu bərpa etmək daxildir.
Onun sözlərinə görə, Zaporojye bölgəsinin cənubundakı rus işğalçıları hazırda tədricən geri çəkilsələr də, hücumu bərpa etmək planları var.
“Onların bunu nə dərəcədə edə biləcəkləri Zaporojyedən danışıram. Cənubda artıq təsir göstərən logistikaya hücumlarımız nəzərə alınmaqla, açığı, çox sual altındadır. Biz, həmçinin şərqdəki logistikanı hədəf alırıq. Luqansk bölgəsində Rusiya Federasiyası ilə sərhədə, İzvarinsk keçid məntəqəsinə qədər demək olar ki, bütün ərazilərdə hava nəzarəti haqqında eşitmişik. Donetsk bölgəsində logistikaya hücumlar haqqında bilirik”, - Popoviç vurğulayıb.
Ekspert izah edib ki, ruslar hazırda Donbasda irəliləməyə çalışarkən, logistikaya hücumlar artarsa, onların Donetsk bölgəsindəki hücum perspektivləri olduqca “şübhəli” görünəcək.
Qeyd edək ki, mart ayında ruslar Donetsk bölgəsində Ukraynanın əsas müdafiə xəttinə hücum başlatdığı barədə məlumatlar yayılırdı.
Hərbçi Yevgeni Dikiy hesab edir ki, rusların hücum potensialı bu il nəhayət tükənə bilər.
Analitiklərin fikrincə, may ayında, 2023-cü ilin payızından bəri ilk dəfə olaraq, rus ordusu üçün işğal olunmuş ərazilərin böyüməsi mənfiyə çevrilib.
V. Quliyev