Advert
Advert

Həsənquliyev: Kılıçdaroğlu Türkiyə iqtidarını qane edən siyasətçidir

Tarix:
Həsənquliyev: Kılıçdaroğlu Türkiyə iqtidarını qane edən siyasətçidir
Reklam

“Türkiyənin daxili işlərinə qarışmaq düzgün deyil. Biz Türkiyənin sevincinə sevinir, kədərinə kədərlənirik. Demokratiya və hüquqi dövlət anlayışları isə cəmiyyətin inkişafına bağlı dəyərlərdir. Türkiyə bu yolla gedir”.

Reyting.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Türkiyədə Kamal Kılıçdaroğlunun məhkəmə qərarı ilə CHP başqanlığına qaytarılmasından danışarkən deyib.

Həsənquliyev bildirib ki, Kılıçdaroğlu Türkiyə iqtidarını qane edən siyasətçidir.

Partiya sədri əlavə edib ki, məsələn, Britaniya demokratiyasına sahib olmaq üçün, Britaniya vətəndaşlarının sahib olduğu ali insani və siyasi dəyərlərə sahib olmalısan: “Hələ 1215-ci ildə İngiltərədə Kral Con zadəganların təzyiqi ilə qanunun aliliyi (kralın da qanunlara tabe olması), ədalətli məhkəmə, özbaşına vergilərin tətbiqinin yolverilməzliyi, kilsənin müstəqilliyi barədə azadlığın və ədalətin simvoluna çeriləcək “Maqna Karta” adlı tarixi sənəd imzaladı. 1265-ci ildə isə nümayəndəli orqanın, parlamentin əsası qoyuldu. “Maqna Karta”nın əsas tezisləri isə 1689-cu ildə İngiltərədə qəbul olunmuş “Hüquqlar Haqqında Qanun”da öz əksini tapdı. Müqəddəs kitabımız Quran da islamı qəbul edəcək xalqların inkişaf səviyyəsi nəzərə alınaraq, İncildən 600 il sonra göndərilib. Ona görə Elçibəy demişkən, “bəzi məsələlərin həlli zamana bağlıdır”. Nə vaxtsa mentalitetin dəyişməsi ilə, müsəlman ölkələrində də Qərb demokratiyası yaratmaq, müstəqil məhkəmə qurmaq mümkün olacaq”. 

Həsənquliyev bu gün başa çatan WUF13 barədə suala da cavab verib:

“Tədbirin açılış mərasiminin yeri güclü yağış səbəbindən son anda dəyişdirilsə də, bu, Forumun işini pozmadı. Azərbaycanın bu cür böyük beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsi var. Təşkilatçılar ən xoş sözlərə layiqdirlər”.

Tədbirdə 182 ölkədən nümayəndənin iştirak etdiyini xatırladan Həsənquliyev qeyd edib ki, güclü yağışlar ən inkişaf etmiş ölkələrdə də ciddi problemlər yaradır: “Xaricdən mütəxəssislər dəvət etməliyik ki, kanalizasiya sisteminin təmizlənməsinə kömək etsinlər, harada yenidənqurma işlərinə ehtiyac varsa, bu iş görülməlidir və s. Bu sahə, o cümlədən digər xidmət sahələri özəlləşdirilməlidir. Biz dövlətin xərclərini azaltmaq və cəmiyyətin inkişafını ləngidən, ədalət və rəqabət mühitini korlayan korrupsiyaya qarşı mübarizəni gücləndirmək istəyiriksə, bunu etməliyik”.
 

Reklam