Advert
Advert

Hakan Fidan Berlində Almaniya kansleri ilə görüşüb 

Tarix:
Hakan Fidan Berlində Almaniya kansleri ilə görüşüb 
Reklam

Türkiyə xarici işlər naziri Hakan Fidan Berlində Almaniya kansleri Fridrix Merzlə görüşüb.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla yayıb.

Bildirilir ki, H. Fidanın ikitərəfli görüş və danışıqları Türkiyə-Almaniya Strateji Dialoq Mexanizminin 3-cü toplantısında iştirak etmək üçün Berlinə səfəri zamanı baş tutub. 

Türkiyə xarici işlər nazirinin Berlin səfərində kanslerlə danışıqlarla yanaşı, Türkiyə və Almaniya arasında strateji əməkdaşlığın konkret detalları barədə müzakirələr aparılıb.

Y. Qacar
 

Reklam