Advert
Advert

Hakan Fidan: Bolqarıstanla möhkəm əlaqələr ortaq gələcəyi formalaşdırır

Tarix:
Hakan Fidan: Bolqarıstanla möhkəm əlaqələr ortaq gələcəyi formalaşdırır
Reklam

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Bolqarıstana səfəri iki qonşu ölkə arasında möhkəm əlaqələri və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə öhdəliklərini bir daha təsdiqləyir.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Hakan Fidan deyib.

H. Fidan qeyd edib ki, Türkiyənin qonşusu və müttəfiqi Bolqarıstanla köklü tarixi, insani və mədəni əlaqələri var. 

Türkiyənin baş diplomatı deyib ki, Bolqarıstanla münasibətləri qarşılıqlı hörmət və ortaq maraqlar əsasında daha da inkişaf etdirmək niyyətindədirlər.

O, Bolqarıstan rəsmilərinə, o cümlədən həmkarı Velislava Petrova-Çamovaya qonaqpərvərliyə və səfərin uğurla başa çatmasına verdiyi töhfəyə görə təşəkkür edib.

E. Kamal
 

Reklam