Advert
Advert

"Hannibal" filmi üzərində iş dayandırılıb

Tarix:
Reklam

"Netflix" şirkəti əfsanəvi sərkərdə Hannibal haqqında lentə alınması planlaşdırılan yeni ekran əsərinin hazırlıq prosesini büdcə ilə bağlı fikir ayrılıqları səbəbindən müvəqqəti  dayandırıb. 

Reyting.az xəbər verir ki, "Deadline" nəşrinin məlumatına görə, artıq neçə vaxtdır filmlə bağlı şirkətlə yaradıcı heyət arasındakı mübahisələr səngimir. 

Qeyd olunur ki, Denzel Vaşinqtonun baş rolda oyanayacağı filmin çəkilişlərinə yayda başlanılması nəzərdə tutulsa da, studiya, həmçinin prodüserlər yeni layihənin büdcəsi ilə bağlı razılığa gələ bilmədikləri üçün iş ləngiyir. Tərəflərin açıqlamalarından məlum olub ki, ekran əsərinin maliyyələşdirilməsi ilə bağlı konkret imtina niyyəti də yoxdur və ümumi razılıq əldə edildikdən sonra filmin istehsal prosesi bərpa olunacaq.

Film qədim Karfagenin məşhur sərkərdəsi olan Hannibalın həyatından bəhs edəcək. Bu sərkərdə həmçinin tarixin ən əzəmətli imperiyalarından biri hesab olunan Roma Respublikasının ən böyük, eyni zamanda ən güclü rəqiblərindən biri və Karfagenin son liderlərindən hesab edilir.

Hollivud ulduzu Denzel Vaşinqtonun yeni filmdə "Hannibal"ın obrazında baş rola çəkiləcəyi barədə xəbərlər də artıq studiya və yaradıcı heyət tərəfindən təsdiqlənib. 

Lentə alınacaq "Hannibal" filminin rejissoru Antuan Fukua olacaq. Filmin ssenarisini isə  Con Loqan qələmə alıb.

Oqtay Qorçu
 

Reklam