Advert
Advert

"Hansısa siyasətçi ilə əlaqəniz varmı" - Bankların bu sualı verməyə hüququ var?

Tarix:
Reklam

Son günlər ölkədə fəaliyyət göstərən bir sıra bankların öz müştərilərinə bank kartları ilə bağlı göndərdikləri sorğular narazılıq yaradıb. Belə ki, orta illik əməkhaqqı, əlavə gəlir yeri kimi bəzi suallar normal qarşılansa da, "Hansısa siyasətçi ilə əlaqəniz varmı? sualı müştəriləri narazı salıb. Banklar tərəfindən konkret tələb qoyulub ki, müştəri bu suallara cavab verməsə, kartı deaktiv olunacaq. Bəs görəsən, bankların belə bir səlahiyyəti varmı?

Reyting.az-ın məlumatına əsasən, bu barədə Pravda.az-ın suallarını cavablandıran tanınmış vəkil Əkrəm Həsənov deyib ki, burada qanunsuz bir hal yoxdur.

Ə.Həsənov bildirib ki, hazırda dünyada çirkli pulların yuyulması, terrorçuluqla mübarizə çərçivəsində banklar müştərilərinin siyasi, əhəmiyyətli şəxslərlə bağlılığını müəyyən etməlidirlər: “Həmin şəxslərin çirkli pulların yuyulması kimi  əməllərlə məşğul olma ehtimalı çoxdur. “Siyasətçi” o demək deyil ki, ancaq hansısa  siyasi partiyanın üzvü olsun... Bankın müştəriyə ünvanladığı bu sual həmçinin korrupsiyanın qarşısını almağa yönəlib. Dünyada da belədir, amma bilmirəm, bizdə bunu necə və nəyə istifadə edəcəklər? Sənin hesabına pul gələndə bank düşünəcək ki, ola bilər, bu pul sənin deyil, hansısa yüksək vəzifəli məmurundur, sənin vasitənlə çıxarır, nağdlaşdırır... Belə suallar verməkdə bankların əsl məqsədləri budur və əlaqələrini buna görə bilmək istəyirlər. Sadəcə, banklar belə sorğular göndərəndə yaxşı olar ki, müştərilərə bunu izah etsinlər. Müştəri bankla əməkdaşlıq etmək istəyirsə, bu məlumatları banka verməlidir”.

Reklam