Advert
Advert

Hantavirus təhlükəsi: 12 tibb işçisi karantinə alınıb 

Tarix:
Hantavirus təhlükəsi: 12 tibb işçisi karantinə alınıb 
Reklam

Niderlandın Gelderland əyalətinin Neymegen şəhərində yerləşən Radbaud Universitetinin Tibb Mərkəzində çalışan 12 əməkdaş hantavirusla bağlı təhlükəsizlik qaydalarını pozduqları üçün altı həftəlik karantinə göndəriliblər. Səbəb kimi bu virusa yoluxan xəstə ilə təmas prosesində tibbi protokolların tam yerinə yetirilmədiyi göstərilir.

Reyting.az-ın məlumatına görə, xəstəxana rəhbərliyi deyib ki, virusun daşıyıcısı olan pasiyentin qan nümunələri ciddi təhlükəsizlik qaydaları əsasında emal edilməli olsa da, tibb işçiləri ehtiyatsızlığa yol veriblər.

Bioloji materialların utilizasiyasında da beynəlxalq tələblərə uyğun olmayan yanlışların ortaya çıxdığı bildirilir. 

Klinika rəhbəri Bertin Laxeys hantavirusa yoluxma riskinin çox aşağı olduğunu qeyd etsə də, bütün təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinin vacibliyi qeyd olunur.

Oqtay Qorçu


 

Reklam