Pentaqon rəhbəri Pit Heqset Kubanın gələcəyinin ABŞ Prezidenti Donald Trampın və ada rəhbərliyinin əlində olduğunu iddia edir.
Reyting.az xəbər verir ki, P. Heqset bunu Quantanamo körfəzindəki Amerika hərbi dəniz bazasına səfəri zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ ordusu "istənilən ehtimala" hazırdır. Pentaqon rəhbəri Kubanı Quantanamo bazasına hücumlar üçün silah əldə etməyə cəhd göstərməməyə çağırıb, çünki "bu, nəinki istəmədiyi, həm də tab gətirə bilməyəcəyi bir qarşıdurmaya səbəb olardı".
E. Kamal