Advert
Advert

Heyvan kəsilmədən ət istehsalı mümkün olacaq

Tarix:
Heyvan kəsilmədən ət istehsalı mümkün olacaq
Reklam

Niderlandın ucqar əyalətlərindən birində yerləşən fermer təsərrüfatında heyvan hüceyrələrindən istifadə edilməklə bioreaktorlarda süni şəkildə əzələ toxuması yetişdirilir. Bu texnologiya gələcəkdə heyvan kəsilmədən ət istehsalına imkan verə bilər.

Reyting.az Niderland mətbuatına istinadla xəbər verir ki, sözügedən layihə dünyada ilk dəfə olaraq laboratoriya şəraitində yetişdirilən ətin təsərrüfat miqyasında istehsalını həyata keçirməyi hədəfləyir.

Mütəxəssislərin sözlərinə görə, layihənin əsas məqsədi yeni texnologiyanın sənaye miqyasında səmərəliliyini və istehsal xərclərini qiymətləndirməkdir.

Ekspertlər bildirirlər ki, yetişdirilmiş ət dadı və teksturası baxımından ənənəvi ətdən demək olar ki, seçilmir. Bununla yanaşı, bu üsulun ətraf mühitə təsirin azaldılması və heyvan rifahının qorunması baxımından da üstünlüklər vəd etdiyi qeyd olunur.

Yeni pilot müəssisənin 2028-ci ilədək tam gücü ilə fəaliyyətə başlaması nəzərdə tutulur. Bununla belə, layihənin kommersiya mərhələsinə keçidi üçün əsas maneələrdən biri Avropa İttifaqında laboratoriyada yetişdirilmiş ətin satışına dair hüquqi tənzimləmələrin hələ tam formalaşmamasıdır.

Oqtay Qorçu
 

Reklam