Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı tərəfdaşlıq üfüqdən kənara çıxır.
Reyting.az xəbər verir ki, H. Hacıyev bu barədə "X" sosial şəbəkəsində yazıb.
H. Hacıyev qeyd edib: "Azərbaycan-Aİ tərəfdaşlığı - üfüqdən o yana baxış".
O, öz paylaşımında Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə fotosunu da əlavə edib.
