Advert
Advert

Hikmət Hacıyev: Azərbaycanda mina qurbanlarının sayı artır

Tarix:
Hikmət Hacıyev: Azərbaycanda mina qurbanlarının sayı artır
Reklam

Geniş yayılmış mina çirklənməsi məcburi köçkün ailələrinin təhlükəsiz qayıdışına, azad olunmuş ərazilərin yenidən qurulmasına, iqtisadi inkişafa və kənd təsərrüfatına əsas maneə olmaqda davam edir.

Reyting.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

H. Hacıyev qeyd edib ki, minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır mirası olaraq qalır və aktiv döyüşlərdən sonra da can almağa davam edir. 2020-ci il noyabrın 10-dan 2026-cı il iyunun 9-dək Azərbaycanda 264 mina hadisəsi baş verib, nəticədə 427 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub, 354-ü isə xəsarət alıb.

Hacıyev yazıb ki, mina qurbanları arasında 231 mülki şəxs və 196 hərbçi var:

“1991-ci ildən bəri mina qurbanlarının ümumi sayı 3500 nəfəri ötüb. Onların arasında 362 uşaq və gənc, eləcə də 38 qadın var.

Faciəvi insan tələfatından əlavə, geniş yayılmış mina çirklənməsi məcburi köçkün düşmüş ailələrin təhlükəsiz qayıdışına, azad olunmuş ərazilərin yenidən qurulmasına, iqtisadi inkişafa və kənd təsərrüfatına əsas maneə olmaqda davam edir. Hər bir tapılmış və təmizlənmiş mina sadəcə potensial xilas edilmiş həyatı yox, həm də yaxşılaşmaya doğru bir addımı təcəssüm etdirir. Minatəmizləmə fəaliyyəti təkcə təhlükəsizlik məsələsi deyil, həm də humanitar məcburiyyət və dayanıqlı yenidənqurma və inkişaf üçün başlıca şərtdir”.

Reklam