Advert
Advert

Hindistan Rusiya qazını almaqdan imtina edib

Tarix:
Hindistan Rusiya qazını almaqdan imtina edib
Reklam

Hindistan Yaxın Şərqdəki müharibənin yaratdığı çatışmazlıqlara baxmayaraq, ABŞ sanksiyalarına məruz qalan Rusiya mayeləşdirilmiş təbii qazını almaqdan imtina edib. 

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” vəziyyətlə tanış mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, Rusiyadan “mavi yanacaq” daşıyan və Hindistanda lövbər salması planlaşdırılan “Kunpeng” tankerinin təyinat yeri hələ də bəlli deyil.

Mənbələrdən birinin məlumatına görə, boşaltma Hindistanın Baltik dənizindəki Rusiyanın Portovaya zavodundan LNG yükünü qəbul etməkdən çəkinməsi səbəbindən baş tutmayıb.

Xatırladaq ki, aprelin ortalarında Hindistan Rusiyadan sanksiya tətbiq edilən mayeləşdirilmiş təbii qazın təyinat yeri kimi siyahıya salınmışdı. Bu arada, Yeni Dehli 30 aprel səfəri zamanı Rusiya energetika nazirinin müavini Pavel Sorokinə sanksiya tətbiq edilən mayeləşdirilmiş təbii qazı almamaq qərarı barədə məlumat vermişdi. Mənbələrə görə, Sorokin mayeləşdirilmiş təbii qaz ticarəti ilə bağlı əlavə danışıqlar üçün iyun ayında geri qayıda bilər.

Hindistan sanksiyalara məruz qalmayan Rusiya mayeləşdirilmiş təbii qazını almağa hazır olsa da, Kreml bu həcmin böyük hissəsini Avropaya ixrac etməyi planlaşdırır.

Onu da qeyd edək ki, İranla münaqişə Hörmüz boğazından keçən gəmilərin hərəkətini dayandırmazdan əvvəl Hindistan qaz ehtiyacının yarısını idxal edirdi və bu qazın təxminən 60 faizi boğazdan keçirdi.

Hindistan uzun müddətdir ki, Rusiya neftinin ən böyük alıcılarından biri olub. ABŞ-ın “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı sanksiyalarının tətbiqindən sonra Yeni Dehli Rusiya neft idxalını tədricən dayandırmağa öhdəlik götürüb.

V. Quliyev

Reklam