Livanın “Hizbullah” şiə hərəkatı İsrail və Livan arasında atəşkəs şərtləri ilə razılaşmır.
Reyting.az xəbər verir ki, bu barədə “Associated Press” Agentliyi qrupun lideri Naim Qasemə istinadla məlumat yayıb.
Hərəkatın lideri bildirib ki, "İşğal davam etdiyi müddətdə müqaviməti dayandırmaq barədə heç bir öhdəlik götürməmişik".
Qasem əlavə edib ki, İsrail qoşunları Livan ərazisindən çıxarılmalıdır. Çünki davam edən döyüşlər İrandakı münaqişənin həlli səylərinə mane olur.
E. Kamal