Honkonq 2025-ci ildən 2,9 trilyon dollar dəyərində transsərhəd aktivlərlə dünyanın ən böyük ofşor kapital mərkəzinə çevrilib və bu ölkə artıq İsveçrəni də geridə qoyub.
Reyting.az xəbər verir ki, "BCG" konsaltinq şirkətinin 2026-cı il üçün təqdim etdiyi hesabata görə, Honkonqun aktivlərinin həcmi il ərzində 10,7 faiz artıb.
Mütəxəssislər bunun səbəbini əsasən Çinin kapital axını, xüsusilə də Honkonqun fond bazarının, həmçinin Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsi (IPO) seqmentinin bərpası ilə əlaqələndirirlər.
"BCG"nin proqnozuna görə, belə davam edərsə, təxminən 2030-cu ilə qədər Honkonqla İsveçrə arasındakı fərq 600 milyard dollara çata bilər.
Hesabatda qeyd olunur ki, qlobal şəxsi sərvətin həcmi 2025-ci ildə 333 trilyon dollara yüksəlib. Analitiklərin fikrincə, çox böyük sürətlə zəngin statusuna sahib olan Asiya artıq dünya maliyyə mərkəzləri arasında qlobal balansı dəyişə bilən gücə çevrilib.

Oqtay Qorçu