Advert
Advert

Honkonqda 400 metrlik üfüqi göydələn tikiləcək

Tarix:
Honkonqda 400 metrlik üfüqi göydələn tikiləcək
Reklam

Honkonqda 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan "Central Yards" adlı qeyri-adi memarlıq layihəsi diqqət çəkir. Təxminən 400 metr uzunluğunda olacaq yeni kompleks ənənəvi göydələnlərdən tamamilə fərqlənərək şaquli deyil, üfüqi formada inşa ediləcək.

Reyting.az xəbər verir ki, Viktoriya körfəzinin sahilində yerləşəcək və 150 min kvadratmetr ərazini əhatə edəcək kompleksdə A sinif ofislər, ticarət obyektləri, ictimai məkanlar, mədəniyyət mərkəzləri, eləcə də 1100 nəfərlik teatr fəaliyyət göstərəcək.

Layihənin əsas xüsusiyyətlərindən biri 300 metrlik asma bağ olacaq. Mütəxəssislərin sözlərinə görə, burada 400-dən çox ağac, 280 növ bitki və 28 min kvadratmetr sahəni əhatə edən yaşıllıq zonası yaradılacaq.

Ekspertlərin fikrincə, "Central Yards" şəhərsalma sahəsində tamamilə yeni yanaşmanı nümayiş etdirir. Layihə hündürlük yarışından imtina edərək ictimai məkanlara, yaşıllığa və insanların rahat hərəkətinə üstünlük verir. Bu səbəbdən də kompleks gələcəyin ən maraqlı memarlıq layihələrindən biri hesab olunur.

Oqtay Qorçu

Reklam