ABŞ və İran Hörmüz boğazının daimi olaraq açıq qalmasını təmin etmək üçün yeni mexanizm hazırlayıblar.
Reyting.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens bildirib.
O, bu açıqlamanı Bürgenştokda İran nümayəndə heyəti ilə aparılan danışıqlardan sonra İsveçrəni tərk etməzdən əvvəl jurnalistlərə verib.
Vens deyib: “Biz Hörmüz boğazının nəinki açıq olmasını, həm də açıq qalmasını təmin etmək üçün bir mexanizm yaratmışıq”.
O, boğaz vasitəsilə artıq təxminən 15 milyon barel neft daşındığını xatırladaraq bildirib ki, bu addım qlobal yanacaq bazarlarında qiymətlərin aşağı düşməsinə təsir göstərə bilər.
Onun sözlərinə görə, regional atəşkəsin qorunması və potensial münaqişələrin nəzarətdə saxlanılması üçün də xüsusi mexanizm yaradılıb.
Vitse-prezident əlavə edib: “Atəşkəsin qüvvədə qalmasını təmin etmək üçün israillilərdən tutmuş körfəz ərəblərinə qədər müttəfiqlərimizlə işləyirik. Vəziyyətlə bağlı çox müsbət təəssüratımız var”.
E. Kamal