Hörmüz boğazında Cənubi Koreya gəmiçilik şirkətinə məxsus gəmidə partlayış və yanğın baş verib.
Reyting.az-ın xəbərinə görə, bu barədə xarici media məlumat yayıb.
Cənubi Koreya Xarici İşlər Nazirliyi bildirir ki, hadisə BƏƏ sahillərində, boğazda baş verib. Gəmidə 24 nəfər olub - altısı Cənubi Koreya vətəndaşı, 18-i isə xarici dənizçi.
Xəsarət alan yoxdur. Partlayışın səbəbləri, eləcə də gəmiyə dəyən ziyanın miqyası araşdırılır.
Sözügedən nəqliyyat vasitəsi təxminən 180 metr uzunluğunda və Panama bayrağı altında üzən “HMM Namu” yük gəmisidir.
V. Quliyev