Advert
Advert

Hörmüz boğazını minalardan təmizləmək üçün plan hazırlanır

Tarix:
Hörmüz boğazını minalardan təmizləmək üçün plan hazırlanır
Reklam

ABŞ və İran gəmiçilik fəaliyyətini bərpa etmək barədə razılığa gəldikdən sonra Böyük Britaniya və Fransa Hörmüz boğazında minaları təmizləməyi planlaşdırırlar.

Reyting.az bildirir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, təxminən 15 ölkə əməliyyata qoşulmağa hazırdır. Əməliyyatın yalnız ABŞ və İran arasında razılaşma əldə edildikdən sonra başlayacağı bildirilir. Bu, boğazda ticarət və hərbi gəmilərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. 

Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper də öz növbəsində bildirib ki, London artıq bu planları Vaşinqtonla müzakirə edib.

Qeyd olunur ki, Böyük Britaniya və Fransa öz hərəkətlərini İranla əlaqələndirməyə hazırdırlar. Lakin Tehran minatəmizləmə işini özü həyata keçirə biləcəyini iddia edir.

Y. Qacar
 

Reklam