İranın Hörmüz boğazı yaxınlığındakı Qeşm adasında güclü partlayış səsləri eşidilib.
Reyting.az xəbər verir ki, “Mehr” Agentliyinin yerli mənbələrə istinadən verdiyi məlumata görə, Fars körfəzində yerləşən adada güclü partlayış səsi eşidilib.
Partlayışın səbəbi dəqiqləşdirilməsə də, Qeşm adası ilə Hörmüz boğazı arasında bir yerdə baş verdiyi ehtimal edilir. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən “AH-64 Apaçe” helikopterinin patrul xidməti zamanı Oman sahilləri yaxınlığında qəzaya uğradığını açıqlayıb. Bəyanatda göyərtədəki iki heyət üzvünün sağ qaldığı qeyd olunub. Səbəb kimi helikopterin vurulmasını göstərən ABŞ gecə ərzində İranın cənubundakı Mübarək dağını, Sirik şəhərini, Qeşm və Cask adalarını hədəf alıb.
E. Kamal