Advert
Advert

İcraçı direktora üç müşavir təyin olunub

Tarix:
İcraçı direktora üç müşavir təyin olunub
Reklam

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoruna yeni müşavirlər təyin olunub.

Reyting.az TƏBİB-ə istinadla bildirir ki, Muxtarzadə Ramil Səfər oğlu (2023-cü ildən etibarən hazırkı təyinatınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji inkişaf və iqtisadi təhlil departamentinin rəhbəri kimi fəaliyyət göstərib), Cəmilova Töhfə Ramiz qızı (2026-cı ildən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda İdarə Heyəti sədrinin müşaviri, daha sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparatında Strateji planlaşdırma, koordinasiya və icraya nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb) TƏBİB-in icraçı direktoruna müşavir təyin olunublar.

Bunlarla yanaşı Rzayev Bahadur Məhərrəm oğluna da (2023–2024-cü illərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri, 2025-ci ildən hazırkı təyinatınadək isə İdarə Heyəti sədrinin müşaviri vəzifəsində fəaliyyət göstərib) TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsi həvalə edilib.
 

Reklam